Emin Mahmudov yayda "Neftçi"dən ayrıla bilər.

Rekord.az xəbər verir ki, futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatsa da yeni müqavilə ilə bağlı tərəflər arasında heç bir danışıq aparılmır.

Əldə etiyimiz məlumata görə, Eminin "Qarabağ"a keçmək variantı var. Belə ki, Almeyda və Kintananın gedişindən sonra pleymeker problemi yaşayan Ağdam təmsilçisi bu boşluğu məhz Eminlə doldurmaq istəyir. Qurban Qurbanov da Eminin oyununu bəyənir. (cempion.az)