
Emin Mahmudov üçün də mövsüm bitib?
- 29 Apr 2025 11:00
- 103
"Neftçi"nin təcrübəli futbolçusu Emin Mahmudov zədə səbəbindən dünən "Sumqayıt"la matçda forma geyinmədi.
Rekord.az xəbər verir ki, Eminin nə zaman yaşıl meydançalara qayıdacağı məlum deyil.
Onun hətta mövsümün erkən bitirəcəyi də istisna deyil. Hər şey bu həftə baş tutması gözlənilən həkim müayinəsindən sonra bilinəcək.