Məlum olduğu kimi, AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Gəncəyə səfər eliyib və "Kəpəz" - "Turan Tovuz" matçını stadiondan izləyib.

Rekord.az-a daxil olan məlumata görə, Məmmədovun səfəri səbəbindən stadiona əvvəlki oyunlarla müqayisədə iki dəfə çox polis cəlb olunub.

Bundan başqa, "Kəpəz" azarkeşləri də təzyiqlə üzləşib, onlar mərkəzi sektora buraxılmayıb. Azarkeşlərin Elxan Məmmədova nə isə deyəcəyindən ehtiyatlanan "Kəpəz" rəhbərliyi polislərə bu cür tapşırıq verib.  Polislər də bütün azarkeşlərə əks tərəfə getməyi tapşırıb.

Deyilənə görə, polislərə tapşırıq klubun icraçı direktoru İlqar Nadiri tərəfindən verilib.