
Elvin Yunuszadə yenidən xaricə yollanır
- 15 Apr 2023 12:00
- 667
Premyer Liqada özünə klub tapa bilmədiyi üçün hazırda "Kəpəz-2"də məşq edən Elvin Yunuszadə yayda yenidən ölkə xaricinə yollana bilər.
Rekord.az-ın əldə etdiyi məluata görə, futbolçu üçün bir neçə variant var.
Onun yenidən bir vaxtlar çıxış etdiyi Şimali Makedoniya çempionatına dönmək variantı var. Bundan başqa, Gürcüstanda və Türkiyədə oynamaq variantı da mövcuddur. Sadəcə, hər şey menecerlərin fəaliyyətindən və futbolçunun yayda hansı formada olacağından asılıdır.