Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Növbəti yarış qrupunda çəkisi 73 və 81 kq olan atletlər mübarizə aparıblar. 73 kq çəki dərəcəsində toplam 296 kq (136+160) nəticə göstərən Paşa İbrahimli qızıl medal qazanıb. 81 kq-da isə Füqan Əliyev qələbəni bayram edib. O, toplam 314 kq (140+174) nəticə ilə ən yaxın izləyicisi, toplam 307 kq (135+172) nəticə göstərən Ravin Alməmmədovu qabaqlaya bilib.