Azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi “Ozgon” Türkiyədə yeni mövsüm üçün təlim-məşq toplanışı keçir.


Rekord.az xəbər verir ki, azərbaycanlı forvardın komandası iki yoxlama görüşü keçirib və o, hər iki oyunda da qol vurub.


Belə ki, Əliyev ilk matçda “Çakvari”yə (1:1), ikinci görüşdə isə “Çayka”(3:2) qol vurub. 


Xatırladaq ki, Orxan Əliyev “Ozgon”la yeni müqavilə imzalayıb. Bu komandada onunla yanaşı, Ramin Əhmədov və İldar Ələkbərov da forma geyinir.