Azərbaycan Premyer Liqasının mərkəzi oyunlarına nadir hallarda təyinat alan Əliyar Ağayevin son zamanlar Yunanıstan çempionatının vacib oyunlarına dəvət alması birmənalı qarşılanmır və müxtəlif suallar yaradır.

 

Rekord.az xəbər verir ki, bu işdə əsas vasitəçi tanınmış FİFA referisi Kiril Vassarasdı.

Hələ Xaqani Məmmədovun dövründən Əliyarın oyununu bəyənən yunan referi Yunanıstan Futbol Federasiyasının rəhbərliyinə vacib oyunlarda Ağayevin xidmətindən yararlanmağı tövsiyyə edib və Yunanıstan futbolunda xüsusi çəkisi olduğu üçün onun sözünə qulaq asılıb.

 

Qeyd edək ki, Vassaras bir dönəm azərbaycanlı hakimlər üçün seminar da keçirmişdi.