
Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə etdi
- 02 May 2022 16:00
- 477
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.
Rekord.az xəbər verir ki, 35 yaşlı baş hakim "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun 6-cı tur oyununda iş başında olub.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Ağayev 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Qonaqların daha bir futbolçusuna sarı vərəqə göstərən Ağayev, meydan sahiblərinin heyətində də 4 oyunçuya rəsmi xəbərdarlıq edib.
Qələbə sayəsində xallarının sayını 54-ə çatdıran Afina təmsilçisi 3-cü pilləyə yüksəlib. 53 xala malik "Aris" isə 4-cü sıraya enib.