
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
- 07 Mar 2023 10:07
- 427
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.
Rekord.az xəbər verir ki, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.