
Əlil futbolçular arasında yoldaşlıq görüşü
- 31 Mar 2022 21:45
- 481
Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Azərbaycanlıların soyqırımının 104-cü ildönümü münasibətilə əlil futbolçular arasında yoldaşlıq görüşü keçirilib.
Rekord.az xəbər verir ki, soyqırım qurbanlarının xatirəsini yad etmək məqsədilə təşkil edilən oyunu gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva da izləyiblər.