
Ələskərovun klubu qovduğu futbolçunu geri qaytardı
- 01 Dek 2021 20:00
- 519
Azərbaycan millisinin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” klubu bir müddət əvvəl yollarını ayırdığı futbolçulardan Burak Altıparmakı yenidən geri qaytarıb.
Rekord.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub.
“Bursaspor” ötən həftə Altıparmakla yanaşı, Aykut Akgün və Cüneyt Közlə də yollarını ayırmışdı.