
“El-klasiko”nun vaxtı bəlli oldu
- 27 Sen 2022 17:44
- 476
İspaniya La Liqasının “Real” – “Barselona” matçının vaxtı bilinib.
Rekord.az xəbər verir ki, 9-cu tura təsadüf edəcək “el-klasiko” oktyabrın 16-da keçiriləcək.
Madriddəki “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq qarşılaşmaya saat 18:15-də start veriləcək.
Xatırladaq ki, 6 turdan sonra “Real” 18 xalla birinci, “Barselona” 16 xalla ikincidir.