“Barselona”nın müdafiəçi Pike “El Klasiko”da forma geyinə biləcək.

Cempion.az xəbər verir ki, bu barədə təcrübəli futbolçu özü məlumat verib.

O, “Real Madrid”ə qarşı oynaya biləcəyini bildirib. Pike dünən Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli”yə qarşı görüşün ikinci hissəsində zədələnərək meydanı tərk etmişdi.

“Real Madrid” – “Barselona” qarşılaşması martın 1-də keçiriləcək.