Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının (EG) 19-cu Konqresi təşkil olunub.

Rekord.az xəbər verir ki, 2 gün davam edən tədbirdə EG-nin rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, AGF tərəfindən namizədlikləri irəli sürülən Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyova isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə seçiliblər.