Əfran İsmayılov yayda "Şəfa"ya keçəcək?
- 13:00
- 48
Paralel olaraq həm "Şəfa" rəhbərliyində, həm də "Araz Naxçıvan"ın məşqçilər korpusunda yer alan Əfran İsmayılov, AFFA-nın müdaxiləsi ilə seçim etdi və rəsmi olaraq Naxçıvan təmsilçisində çalışmağı seçdi.
Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, İsmayılov yayda "Şəfa"da rəhbər post tuta bilər.
Təbii ki, bunun üçün bu klubun Premyer Liqaya yüksəlməsi lazımdır. "Şəfa" rəhbərliyi ilə yaxşı münasibəti, dostluğu var. Özü də elita klubunda yüksək post tutmaq - idman direktoru olmaq istəyir.