
Eddi "Sumqayıt"la oyunu da buraxa bilər
- 31 Mar 2023 17:00
- 425
Avstriya ilə oyunda zədələnərək vaxtından əvvəl Bakıya qayıdan Eddi İsrafilov "Neftçi"nin "Zirə" ilə növbəti tur matçını buraxacaq.
Rekord.az xəbər verir ki, zədə orta ciddi həddindədir.
Belə ki, sağ ayaq bağında ciddi dartılma var. Bu cür dartılmalar isə 30 yaşın üzərində olan futbolçularda 2 həftədən tez yerinə gəlmir. Bu mənada futbolçu böyük ehtimalla gələn həftə "Sumqayıt"la səfər matçını da buiraxacaq.