
Duran “Qarabağ”da!
- 26 Avq 2025 22:30
- 38
“Qarabağ” yeni transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Ağdam təmsilçisi kolumbiyalı sol və sağ vinger kimi oynayan Kamilo Duranı heyətinə qatıb.
O, həmçinin, mərkəz hücumçusu kimi də oynaya bilir.
23 yaşlı oyunçunun son klubu Portuqaliyanın 2-ci liqasının təmsilçisi “Portimonense” olub.
Duran karyerası ərzində 39 oyuna çıxaraq 9 qol vurub və 1 qolun ötürməsini edib.