Duqlas Kostanın yeni klubu məlum oldu
- 17 Yan 2026 17:00
- 146
"Bayern" və "Yuventus"un sabiq futbolçusu Duqlas Kostanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, İtaliyanın “Verona” komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya "Sidney"indən ayrılmışdı və həmin vaxtdan klubsuz idi. Karyerası ərzində Kosta "Yuventus", "Bayern", "Los-Anceles Qelaksi", "Fluminense" və "Qremio"da da oynayıb.