3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları müəyyənləşib.


Rekord.az xəbər verir ki, yarışda 16 komanda iştirak edəcək. 


Onlardan 13-ü milli - Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya, 3-ü isə klub - “Zaqreb” (Xorvatiya), “Şanxay” (Çin), “Rapid” (Rumıniya) olacaq.


Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr meydanında baş tutacaq.