İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olan Raul Albiol İtaliyanın "Piza" klubu ilə müqavilə imzalayıb.


Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.


Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu yay 2019-cu ildən formasını geyindiyi "Vilyarreal"dan azad agent kimi ayrılıb. O, ötən mövsüm La Liqada 15 oyun keçirib.


Raul Albiol karyerası ərzində "Real" (İspaniya) və "Napoli" (İtaliya) klublarının da formasını geyinib.