
Dubl etdi, həftənin oyunçusu seçildi
- 15 Apr 2023 10:45
- 354
Avropa Konfrans Liqasında həftənin futbolçusu bəlli olub.
Rekord.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından “Bazel”in (İsveçrə) hücumçusu Zeki Amduni həftənin ən yaxşısı seçilib.
İsveçrədən olan 22 yaşlı forvard “Nitsa” (Fransa) ilə oyunda (2:2) dubl müəllifi olub.
Həftənin ən yaxşı oyunçusu adına Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika) və Nikola Milenkoviç (“Fiorentina”, İtaliya) də namizəd idilər.