Almaniyanın “Ersgebirge” klubu Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovla müqavilənin müddətini uzadıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdən 3-cü liqada oynayacaq Aue təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalayıb.

Xatırladaq ki, Nazarov 2016-cı ildən Almaniya klubunda çıxış edir.