
Dieqo Simeone rekorda şərik oldu
- 11 Sen 2022 15:41
- 382
İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Madrid klubunda rekorda imza atıb.
Rekord.az xəbər verir ki, argentinalı mütəxəssis paytaxt təmsilçisini La Liqada 407-ci oyununa çıxarıb.
O, buna komandanı La Liqanın 5-ci turunda “Selta” ilə matça (4:1) çıxarmaqla nail olub. Beləcə, Simeone bu göstəricidə əvvəlki rekordun sahibi Luis Araqonesə çatıb.
Dieqo La Liqanın 6-cı turu çərçivəsində sentyabrın 18-də keçiriləcək “Real”la görüşdə mütləq rekorda imza atacaq.