
Dibala zədələndi
- 13 Noy 2021 20:45
- 497
Argentina millisinin və "Yuventus"un futbolçusu Paulo Dibala zədələnib.
Rekord.az "TYC Sport"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla görüşdə sıradan çıxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.
Qeyd edək ki, sözügedən görüşdə Argentina Uruqvaya 1:0 hesabı ilə qalib gəlib.