
"Dibala 12 yaşındaymış kimi görünür"
- 18 Sen 2022 20:23
- 379
"Roma"nın hücumçusu Temmi Abraham komanda yoldaşı hücumçu Paulo Dibala haqda danışıb .
Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, argentinalı oyunçu haqda deyib: “Dibala istedadlıdır. O,12 yaşındaymış kimi görünür, ancaq Pauloda liderlik keyfiyyətləri var. O, bu bacarıqları "Yuventus"la kuboklar qazanaraq əldə etdi və bizə lazım olan budur. Bu həm komanda, həm də mənim üçün yaxşıdır. Biz əlaqə yaradırıq".
Xatırladaq ki, Dibala yay transfer pəncərəsində “Roma”ya keçib. 28 yaşlı oyunçu bu mövsüm A Seriyasında 6 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.