"Yuventus"un və Argentina millisinin futbolçusu Anxel Di Maria DÇ-2026 haqda danışıb.

Rekord.az xəbər verir ki, o, özünü həmin çempionatda görmədiyini bildirib: "Növbəti dünya çempionatı haqda arzularım yoxdur. Amma inanıram ki, növbəti Amerika kubokunda çıxış edə biləcəm. Bunun üçün öz üzərimdə çalışacam, əlimdən gələni edəcəm ki, heyətə düşüm. Bunun üçün isə ilk növbəti Avropada oynamağa davam etməliyəm. Əks halda Skolarınin heyətindən kənar qala bilərəm".

Özündən fərqli olaraq, di Mario Messi haqda fərqli düşünür: "Leo növbəti dünya çempionatında çıxış etməlidir. Bu, Leodur. 7 "Qızıl top", Çempionlar Liqasının qalibi. O, "Barselona"da hər şeyi qazanıb. Tarixin ən güclü futbolçusudur".