Anxel di Mariya ilə "Yuventus" arasında problem yaranıb.

Rekord.az xəbər verir ki, klub yayda müqaviləsi başa çatacaq futbolçuya yeni müqavilə təklif edir.

Lakin ona əsas heyətdə oynayacağı ilə bağlı zəmanət verilmir. Hətta 35 yaşlı futbolçuya daha çox ehtiyat futbolçu gözü ilə baxılacağı deyilib. Sadəcə, klub bəzi məqamlarda onun təcrübəsindən istifadə etmək istəyir. Futbolçu isə qarşıdn gələn Amerika kubokunda oynamaq istədiyi üçün klubunda da davamlı oyun şansı qazanmaq istəyir. Çünki klubunda oynamasa, milliyə də dəvət alması çətin olacaq. Buna baxmayaraq, hazırda tərəflər arasında danışıqlar davam edir.