Məlum olduğu kimi, AFFA rəhbərliyi De Byazini millinin baş məşqçi postunda saxlamağa qərar verib.

Rekord.az xəbər verir ki, italiyalı ilə 1 illik yeni müqavilə imzalanacaq.

Lakin yenilənən müqavilədə maaş artımı olmayacaq. Əvəzində qələbəyə görə mükafatın məbləği daha çox nəzərdə tutulacaq. Buna da səbəb AÇ-nın seçmə mərhələsinin Millətlər Liqası ilə müqayisədə daha ciddi turnir olmasıdır.

Qeyd edək ki, de Byazinin millidəki fəaliyyəti dönəmində ilinə 600 min avro məvacib alır.