
De Byazi Şahruddini bilərəkdən milliyə çağırmayıb?
- 28 Mar 2022 14:00
- 650
Şahruddin Məhəmmədəliyev zədəsini sağaltmasına və son turda 90 dəqiqə meydançada olmasına baxmayaraq, milli komandaya çağırılmadı. Baxmayaraq ki, onun komanda yoldaşı, daha ağır zədədən qayıtmış və daha az oynamaq şansı qazanmış Bədavi Hüseynova dəvət göndərildi.
Rekord.az-ın əldə etdiyi məlumata görə, De Byazi Şahruddinin tam hazır olmadığını əsas gətirib.
Lakin əsl həqiqətəb başqadır. Belə ki, dağıstanlı qapıçının ötən ilin sonlarında millinin baş məşqçisi postu ilə bağlı sualı cavablandırarkən De Byazinin millidə qalmasını istəməməsi haqda fikirləri italiyalının yaddaşından çıxmayıb. Məhz bu məqama görə, italiyalı məşqçi Şahruddinə millidə "1nömrə" şansını vermək istəmir. Son toplanışa dəvət almaması da daha çox bununla bağlıdır.