23-27 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdolarımız vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Çempion komandanı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.

Azərbaycan cüdoçuları fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla 8 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.