İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan növbəti testlərin nəticələri açıqlanıb.

Rekord.az xəbər verir ki, 996 nəfərdən götürülən analizlərdən sonra 2 futbolçuda virus aşkarlanıb.

Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmır və onlar müxtəlif komandaların üzvləridi.

Premyer Liqa klublarının üzvlərindən götürülən ilk testlərdə 6 nəfərdə virus aşkarlanmışdı.