
“Daha böyük hesabla qalib gələ bilərdik”
- 24 Sen 2025 22:55
- 48
"Abşeron Lions" basketbol komandasının baş məşqçisi Erhan Toker "Anortosis"ə (Kipr) qarşı keçirdikləri Avropa Kubokunun 1-ci təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, mətbuat konfransında qarşılaşmanı şərh edib:
"Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi şeyləri düzəltmək istəyirik. Bunun üzərində işləyəcəyik. Bəlkə də onlar bizi yaxşı təhlil edə bilməmişdilər. Hücumda və müdafiədə yaxşı oynadıq. İndiki hədəf Kiprdən də qələbə ilə ayrılmaqdır. Daha sonra gələcək haqqında planlar quracağıq. Gənc oyunçularımızda inkişaf var".
Bakı İdman Sarayında baş tutan "Abşeron Lions" - "Anortosis" oyunu təmsilçimizin 89:73 hesablı qələbəsi ilə bitib. Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.