Martın 2-də Siyəzən rayon Böyük Həmyə kənd tam orta məktə¬bin idman zalında Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində yuxarı sinif şagirdləri üçün boks idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, 5 Mart Bədən tərbiyəsi və İdman günü münasibəti ilə təşkil olunan ustad dərsi boks üzrə yeniyetmələr və gənclər arasında 2 qat Azərbaycan çempionu, kişilər arasında boks üzrə Respublika birinciliyinin bürünc medalçısı, boks üzrə U-22 Avropa çempionatının iştirakçısı, həmçinin bir çox beynəlxalq yarışların qalib və mükafatçısı Əflatun Babayev tərəfindən aparılıb.

Master-klass zamanı boks idman növünün incəlikləri, müxtəlif fəndlər və s. nəzəri və praktiki formada göstərilərək tövsiyələr verilib. Ustad dərslərinin keçirilməsində əsas məqsəd olimpiya idman növlərinin təbliği, yeniyetmə və gənclərin boks idman növünə maraqlarının artırılması, onların arasında sağlam həyat tərzinin təşviq olunması, həmçinin nailiyyət qazanmış idmançıların tanıdılmasıdır. Ustad dərslərində 60-a yeniyetmə və gənc iştirak edib. Sonda isə idmançı tərəfindən məktəblilərə avtoqraf verilərək şəkillər çəkdirilib.