
Daha bir boksçumuz DÇ-də mərhələ adladı
- 14:20
- 43
Azərbaycanın daha bir boksçusu İngiltərənin Liverpul şəhərində təşkil olunan dünya çempionatında mərhələ adlayıb.
Rekord.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosu (Dominikan Respublikası) 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.
Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kq) Səidcəmşid Cəfərov (75 kq) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.