
Dadaşov oynadı, komandası qalib gəldi
- 19 Yan 2023 11:15
- 411
İsveçrənin "Qrasshopper" komandası yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi komanda İsveçrənin 2-ci liqasında mübarizə aparan “Şafhauzen”lə qarşılaşıb.
Görüş "Qrasshopper"in minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Dadaşov da bu oyunda iştirak edib. O, meydana 2-ci hissədə daxil olub və sonadək mübarizə aparıb.