03-04 fevral 2022-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində “02 Fevral – Gənclər günü”nə həsr olunmuş gənc oğlan və qızlar U-21 arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçrilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd “02 Fevral – Gənclər günü”nün qeyd edilməsi, cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılmasıdır.

Yarışda 80-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır.

Yarışın qalib və mükafatçıları fəxri fərman və medalla təltif olunmuş, eyni zamanda Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə etmişlər.