“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Türkiyənin “TRT Spor” kanalına müsahibə verib.


Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssis gələcəkdə Türkiyədə çalışmaq istədiyini deyib:


“Mən çox yerdə olmuşam, amma Türkiyə xalqı kimi futbolu sevən millət görməmişəm. Ona görə də, istəyirəm ki, Türkiyə həmişə ən yüksək yerlərdə olsun. Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim. İnşallah, bir gün Allah qismət etsə, çox məmnuniyyətlə, məşqçilik edərəm”.


Rəşad Sadıqov futbolçu karyerası ərzində Türkiyədə “Əskişəhərspor”, “Kayserispor” və “Kocaelispor”un formasını geyinib.