
ÇL: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri bəllidir
- 14 İyl 2022 12:15
- 378
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya)
Makkabi (Hayfa, İsrail) - Olimpiakos (Yunanıstan) cütünün qalibi
HJK (Finlandiya) - Viktoriya (Plzen, Çexiya)
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə)
Jalgiris (Litva) - Malmö (İsveç)
Səpələnməmişlər
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) - Şerif (Moldova)
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)
Apollon (Limassol, Kipr)
Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)
Liqa Yolu
Səpələnmişlər
Benfika (Portuqaliya)
Reyncers (Şotlandiya)
Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
Monako (Fransa)
Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
Şturm Qrats (Avstriya)
Yunion (Belçika)
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.