
ÇL-də yeni mövsümün ilk püşkü atıldı
- 13 İyn 2023 15:21
- 357
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.
Rekord.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.
Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.
Qalib komanda 1-ci təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü oyunun 20-də atılacaq.