Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib. Rekord.az xəbər verir ki, İcraiyyə Komitəsinin yeni tərkibi də məlum olub.

Firat Hüseynov atletika federasiyasının vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib vəzifəsinə seçiliblər.

Çingiz Hüseynzadə 1996-cı ildən Azərbaycan Atletika Federasiyasına rəhbərlik edir.