Mönhenqladbah “Borussiya”sı növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Almaniya klubu Çexiya yığmasının və Praqa “Sparta”sının hücumçusu Tomaş Çvançaranı heyətinə qatıb.

Bundesliqa təmsilçisi bu transfer üçün 10,5 milyon avrosundan keçib. 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Çvançara peşəkar karyerasına “Yablonets”də başlayıb. O, 2022-ci ilin əvvəlindən formasını geyindiyi “Sparta”da 49 oyuna 24 qol vurub.