
Cerrard "Liverpul"un 2:5-lik məğlubiyyətini şərh edib
- 22 Fev 2023 15:15
- 451
"Liverpul"un əfsanəvi futbolçularından olan Stiven Cerrard Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı çərçivəsində "Real"a 2:5-lik məğlubiyyəti şərh edib.
Rekord.az xəbər verir ki, sabiq "8 nömrə" fərdi futbolçuların səviyyə fərqini qabardıb: "Bu, əsl sınaq idi. "Liverpul" oyuna ideal başladı, amma bundan sonra "Real" oyuna daxil oldu və dominatlıq etməyə başladı. İstənilən komanda 5 top buraxıbsa, bununla məşğul olmalıdır. Böyük futbolçular istisna olmaqla danışırıq. Məsələn, Modriç və Benzema tamam başqa səviyyədə çıxış edirlər. Hansı ki, digər futbolçulardan seçilirlər".