Azərbaycanda yeni futbol klubu yaradılıb.

Rekord.az xəbər verir ki, "Lerik" FK adını daşıdığı rayonu təmsil edir.

Cənub bölgəsinin komandası Region Liqasında iştirak məqsədilə AFFA-ya müraciət ünvanlayıb və müsbət cavab alıb.

«Lerik» yerli iş adamları tərəfindən maliyyələşdirilir və əsasən gənc futbolçulara üstünlük verir.