
"Çempion olub kuboku Füzuliyə, Füzuli azarkeşlərinə həsr etmək istəyirik" MÜSAHİBƏ
- 18 Apr 2023 09:00
- 539
Rekord.az “Region Liqası”nın pley-off mərhələsində “Şirvanovka”nı mübarizədən kənarlaşdıraraq ¼ finala vəsiqə qazanan “Füzuli”nin futbolçusu Məhəmməd Alıyevin müsahibəsini sizə təqdim edir:
- İlk oyunda 1:2 məğlub olsanız da, Qusarda 1:0 qələbə qazanıb oyunu əlavə vaxtda, ordan da penalti seriyasına qədər uzada bildiniz və yekunda da qələbə qazanıb ¼ finala vəsiqə qazandınız. Oyunda yeganə qolun və penalti zərbələrinin də birinin müəllifi oldun. Oyunu necə şərh edərdin?
- İlk oyunda 1:2 uduzsaq da, Qusara gələndə komandamıza inanıb gəlmişdik. Futbolçularla aramızda fərdi söhbətlər də olmuşdu, komanda şəklində də söhbətimiz belə olmuşdu ki, səfərdən qələbə ilə qayıdacayıq. Şükürlər olsun ki, məhz kollektivin birliyi, gücü sayəsində qələbə qazana bildik. Futbol fərdi səhvlər üzərində qurulub. Biz də bu cür səhvlərdən istifadə edib həm oyundan, həm də penaltidən vacib qollar vurduq. Mən özüm də hər iki halda topa soyuqqanlı yaxınlaşdığım və dəqiq zərbələr vurdum. Bizə inanan hər kəsə, futbolçularımıza, rəhbərliyə, ən əsası da azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Onların sayəsində qələbə qazandıq.
- ¼ finalda “Qusar” komandası ilə qarşılaşacaqsınız. Bu rəqib haqda nə deyə bilərsən, ¼ final səddini aşa biləcəksiniz?
- İnşAllah ki, hədəfimiz çempionluqdu. Çempion olub kuboku Füzuliyə, Füzuli azarkeşlərinə həsr etmək istəyirik. İstək, mübarizə əzmi, xarakter olandan sonra istənilən komandanı məğlub etmək olar.
- Bir sözlə, çempionluq yolunda inamla irəliləməyi düşünürsünüz...
- Bəli.