"Çelsi"nin müdafiəçisi "Real Sosyedad"a keçdi
- 16:20
- 34
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Mamadu Sarr icarə əsasında "Real Sosyedad"a (İspaniya) keçib.
Rekord.az xəbər verir ki, 20 yaşlı seneqallı futbolçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
"Çelsi" M.Sarrı 2025-ci ilin yayında "Strasburq"dan transfer edib. Müdafiəçi komandanın heyətində klublararası dünya çempionatında debüt edib, sonra icarə əsasında Fransa klubuna qayıdıb.
2026-cı ilin fevralında "Çelsi" Sarrı icarədən vaxtından əvvəl qaytarıb. Müdafiəçi London klubunda 7 oyun keçirib.
Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü il iyunun sonuna qədər nəzərdə tutulub.