"Borussiya" "Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemekanı birdəfəlik transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Dortmund klubu ötən mövsümün 2-ci yarısından etibarən icarə əsasında formasını geyinən 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. 


Çukvuemeka “Borussiya”da oynadığı müddət ərzində bütün yarışlarda 17 oyun keçirib, 1 qol vurub.