
“Çelsi”dən Liqa 1 klubunda
- 15:40
- 44
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) futbolçusu Ben Çiluell Fransanın "Strasburq" klubuna keçib.
Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
28 yaşlı müdafiəçi 2020-ci ildə "Mançester Siti"dən "Çelsi"yə transfer olunub. O, komandanın heyətində bütün yarışlarda ümumilikdə 106 oyun keçirib.
"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.