
“Çelsi” yeni baş məşqçisini açıqladı
- 08 Sen 2022 20:41
- 443
İngiltərənin "Çelsi" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, London təmsilçisini bundan sonra Qrem Potter çalışdıracaq.
Bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb.
İngiltərədən olan 47 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalanıb. O, bu postda ötən gün istefaya göndərilmiş Tomas Tuxeli əvəz edib.