
“Cəbrayıl”ın taleyi necə olacaq?
- 02 May 2022 15:00
- 919
Gələn mövsümdən I Diviziona buraxılmaq ehtimalı olan komandalardan biri də “Cəbrayıl” idi. Hətta klub rəhbərliyi məsələ ilə bağlı AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşüb ilkin razılıq da almışdılar. Lakin sonradan “Region Liqası”nda 3 il oynamaq şərtini əsas götürən federasiya “Cəbrayıl”ı I Diviziona buraxmadı.
Lakin Rekord.az xəbər verir ki, bu qərara baxmayaraq, “Cəbrayıl” fəaliyyətini davam etirəcək.
Komanda növbəti mövsümdə də “Region Liqası”nda çıxış etməyi planlaşdırır.