Yeni mövsümdən II liqada mübarizə aparacaq "Cəbrayıl"ın yeni sponsor tapması haqda məlumat vermişdik.

Lakin Rekord.az xəbər verir ki, sponsor tapan komanda yeni mövsümdə ev oyunlarını harada keçirəcəyini bilmir.

Səbəb isə stadion problemidir. Klub rəhbərliyi ev oyunlarını keçirmək üçün Bakıda normal stadion tapa bilmir. Normal şəraiti olan stadionlar da hamısı məşğuldu. Komanda hələlik məşqlərini "ASK Arena"nın dördüncü meydançasında keçirir. Oyunlar üçün stadion axtarışı isə davam edir.